
“Kəpəz”lə səfər matçımızı Rəvan Həmzəzadə idarə edəcək
9 mart 2024, 13:38
Misli Premyer Liqasında 26-cı turun təyinatları açıqlanıb. “Kəpəz” – “Neftçi” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Cəmil Quliyev və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. VAR hakimi Rəşad Əhmədov, VAR hakiminin köməkçisi Eyyub İbrahimov, hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Məmmədəli Məmmədov olacaq.
Qeyd edək ki, “Kəpəz” – “Neftçi” oyunu bu gün saat 15:00-da Tovuz şəhər stadionunda keçiriləcək.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31