
Ərzurumda ikinci qələbəmiz: bu dəfə “Sivasspor” üzərində!
“Neftçi” Türkiyə təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. “Ağ-qaralar” Türkiyə Super Liqası təmsilçisi “Sivasspor”a 2:1 hesabı ilə qalib gəlib. “Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutan matçda komandamızın qollarını Mark Tamaş (27-ci dəqiqə) və Yeqor Boqomolski (79-cu dəqiqə) vurublar.
“Neftçi” bu heyətlə mübarizə aparıb: 93.Rza Cəfərov, 3.Höccət Haqverdi, 4.Mark Tamaş, 8.Emin Mahmudov (K), 9.Andre Şinyaşiki (20.Alfa Konte, 72), 10.Filip Ozobiç (11.Kilan Lebon, 46), 14.Edvin Kuç, 17.Rəhman Hacıyev, 44.Yuri Matias, 90.Ramil Şeydayev (77.Yeqor Boqomolski, 72), 99.Ervin Koffi (İsmayıl Zülfüqarlı, 85).
Qeyd edək ki, ilk sınaq matçında digər Super Liqa klubu “Alanyaspor”u 3:1 hesabı ilə məğlub edən komandamız növbəti yoxlama oyununu da Türkiyə klubuna qarşı keçirəcək. “Ərzurumspor”la görüş iyulun 20-si Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31