
“Neftçi” hazırlığı davam etdirir
“Neftçi” Misli Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “Səbail” klubu ilə oyunun hazırlığını davam etdirir. Üç günlük istirahətdən sonra oktyabrın 8-də məşqlərə başlayan “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb. Məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hazırlıq prosesində əsas, U-21 və U-19 milli komandalarımızın düşərgəsində olan futbolçular – Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov, Rüstəm Samiqullin və Murad Məmmədov, eləcə də Sent Martin və Monteneqro yığmalarına dəvət alan Kilan Lebon və Edvin Kuç iştirak etməyiblər.
Qeyd edək ki, oktyabrın 19-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçı saat 18:00-da başlanacaq.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31