U-17 komandamız Türkiyədə “Beşiktaş”la qarşlaşıb

12 fevral 2025, 21:56

“Neftçi” PFK-nın U-17 komandası Türkiyədə növbəti yoldaşlıq görüşünü keçirib. Baş məşqçi Asif Ramazanovun yetirmələri bu gün “Beşiktaş”ın müvafiq yaş qrupu komandası ilə qarşılaşıblar. “Fulya Hakkı Yeten” təlim-məşq bazasında baş tutan matçda komandamız minimal hesabla uduzub – 0:1.

Oyundan əvvəl hər iki klub akademiyasının rəsmiləri arasında görüş keçirilib. Maraqlı keçən tədbirdə tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.                                                                                                                                          

Qeyd edək ki, fevralın 8-də qardaş ölkəyə yollanaraq İstanbul şəhərindəki “Clarion Hotel Golden Horn”da məskunlaşan “Neftçi” sonuncu yoldaşlıq oyununu ayın 14-də “Fənərbağça Dərəağzı” təlim-məşq bazasında “Fənərbağça”ya qarşı keçirəcək. 17 yaşlılarımız fevralın 16-da Bakıya qayıdacaqlar.