“Turan Tovuz”la qollu heç-heçə

10 mart 2025, 21:56

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. Komandamız 26-cı turda “Turan Tovuz”la qarşılaşıb. “Neftçi Arena”da baş tutan matç heç-heçə nəticələnib – 1:1. 88-ci dəqiqədə futbolçumuz Bassala Sambu hesabı açsa da, 90+5-ci dəqiqədə Hayderson Hurtado bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi” 26 oyundan sonra 28 xalla turnir cədvəlində 6-cı yeri tutur.