
Qələbəni əldən verib məğlub olduq
“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 30-cu turda “Zirə” ilə qarşılaşıb. “Neftçi Arena”da baş tutan matçda komandamız 2:0 hesabı ilə öndə olsa da, sonda məğlub olub – 2:4. “Neftçi”nin qollarını Filip Ozobiç (9-cu dəqiqə) və Edvin Kuç (24-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə Rafael Utziq (43-cü və 75-ci dəqiqələr), Davit Volkov (61-ci dəqiqə) və Ceyhun Nuriyev (77-ci dəqiqə) fərqləniblər.
Qeyd edək ki, “Neftçi” 30 oyundan sonra 36 xalla turnir cədvəlində 6-cı yeri tutur.
Tövsiyə olunur
-
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58