Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”

23 aprel 2025, 23:00

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun “Sabah” klubu ilə yarımfinal oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyini hiss edirdik, arxamızda olduqlarını görürdük. Kubokun bütün məsuliyyəti mənimdir. Ümidləri puç etdiyimiz üçün bütün azarkeşlərimizdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq, çətin dönəmdə gəldik və bəzi səbəblərdən qış fasiləsindən də yaxşı yararlana bilmədik. Buna baxmayaraq, baş məşqçi olaraq düşünürəm ki, kuboka görə məsuliyyət daşıyırıq və üzr istəyirik”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: