“Sumqayıt”la matçın hazırlığını başa vurduq

27 aprel 2025, 16:20

Misli Premyer Liqasının 32-ci turunda qarşılaşacağımız “Sumqayıt” klubu ilə matçın hazırlığı yekunlaşıb. Komandamızın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Futbolçularımız – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori və Emin Mahmudov zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.

Qeyd edək ki, aprelin 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək.