“Neftçi-2” Tovuzda heç-heçə etdi

11 may 2025, 17:15

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 34-cü turda “Turan Tovuz-2” ilə heç-heçə edib – 2:2. Tovuz şəhər stadionunda baş tutan matçın 4-cü dəqiqəsində Cavanşir Şahbazlı hesabı açsa da, meydan sahibləri iki qol vurmağı bacarıb. İsmayıl İsmayılov 17-ci, Məhəmmədəli Məmmədov isə 88-ci dəqiqədə fərqlənib. Bununla belə, Hüseyn Babayev 90+5-ci dəqiqədə qol vuraraq, hesabı bərabərləşdirib.

Qeyd edək ki, “Neftçi-2” bu heç-heçədən sonra 67 xalla turnir cədvəlində 2-ci pilləyə enib.