
“Neftçi Arena”da ağacəkmə aksiyası
Bu gün “Neftçi Arena”nın ərazisində ağacəkmə aksiyası təşkil olunub. “Neftçi” PFK-nın rəsmilərinin, həmçinin əsas və qızlardan ibarət komanda üzvlərinin iştirakı ilə baş tutan aksiya klubumuzun “Korporativ sosial məsuliyyət” strategiyasına uyğun olaraq, 12 May – Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə həyata keçirilib.