12 futbolçumuz milli komandada!

16 may 2025, 20:00

Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçiriləcək ev oyunu üçün ilkin heyəti müəyyənləşib. Milliyə “Neftçi” PFK-nın 12 üzvü – Günay İsmayılova, Mehriban Şahməmmədova, Manə Mollayeva, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə, Xanım Əsədova, Alina Nəhmədova, Mədinə Curuqova və Məhsumə Nəzərli dəvət olunub.

Qeyd edək ki, mayın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaq millimizin yekun heyəti mayın 25-də açıqlanacaq. Baş məşqçi Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində mayın 30-u saat 18:00-da Bayıl stadionunda Litva yığması ilə qarşılaşacaq.