
“Neftçi-2” çempionluq uğrunda oyuna çıxacaq
“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 35-ci turda “Səbail-2” ilə heç-heçə edib – 2:2. “Neftçi” Futbol Mərkəzində baş tutan matçda komandamızın qollarını Həbib İsmayılov (11-ci dəqiqə) və Sənan Ağayev (38-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Samir Abdullayev (28-ci dəqiqə) və Hacıəli Şirəliyev (56-cı dəqiqə) fərqləniblər.
Qeyd edək ki, “Neftçi-2” 35 turdan sonra 68 xalla turnir cədvəlində 2-ci yeri tutur. Əvəzedicilərimiz sonuncu turda eyni xala malik olan, lakin qələbə sayına görə 1-ci pillədə qərarlaşan “Sabah-2”nin qonağı olacaq.