
Ervin Koffi ilə müqavilə yenilənmədi
24 iyun 2025, 19:17
“Neftçi” PFK Ervin Koffi ilə başa çatan müqaviləni yeniləməyib. Fransalı futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq.
Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi “Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.