
Emil Balayevlə yeni müqavilə bağlandı
26 iyun 2025, 11:30
“Neftçi” PFK Emil Balayevlə yeni müqavilə bağlayıb. Anlaşmaya görə, təcrübəli qapıçı 2026-cı ilin yayınadək “ağ-qara” formanı geyinəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illərdə də komandamızın qapısını qorumuş Balayev 2023-cü ilin yayından bizimlədir. O, milli komandanın heyətində 14 oyun keçirib.