
“Neftçi” qış fasiləsində ilk transferini reallaşdırdı
29 dekabr 2021, 16:00
- Telegram
- ВКонтакте
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. Azərbaycan milli komandasının üzvü Azər Salahlı ilə 2,5 illik müqavilə bağlanıb. 27 yaşlı müdafiəçi komandamızın heyətində 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Azər Salahlı “Keşlə” (2012-2015, 2018-2021), “Qarabağ” (2015-2017) və “Sumqayıt” (2016-2018) klublarında çıxış edib.