Yeni mövsüm formalarımız satışda!

17 iyul 2025, 16:36

Yeni mövsüm formalarımız satışa çıxarılıb. “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanmış hər üç oyun formasını həm klubun “Neftçi Arena”da yerləşən rəsmi mağazasından (saat 11:00-dan 20:00-dək), həm də onlayn olaraq (http://store.neftchi.az) əldə etmək mümkündür.

İyulun 18-dən isə formalarımız “Volt” və “Umiko” onlayn satış platformalarında da olacaq.

Həm məşq geyimləri, həm də uşaqlar üçün nəzərdə tutulmuş formaların isə gələn həftədən etibarən satışa çıxarılması planlaşdırılır.