
Komandamız məşqləri bərpa etdi
Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən "Neftçi” bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Komandamız bu gün iki dəfə məşqə çıxıb. Səhər hazırlığı əsasən fiziki gücün artırılmasına həsr olunan çalışmalardan, axşam məşqi isə taktiki gedişlərdən ibarət olub.
Qeyd edək ki, sənəd problemi həll olunmuş futbolçu Stiven Jozef-Monroz da artıq düşərgəyə qoşularaq məşqlərə qatılıb. Yoxlama oyunları çərçivəsində yanvarın 15-i Polşanın "LKS Lodz” klubu ilə qarşılaşmış "Neftçi” ayın 20-si Ukraynanın "Dinamo” (Kiyev), 24-ü isə "Desna” klubları ilə üz-üzə gələcək.
Tövsiyə olunur
-
Yunanlarla oyunumuzun vaxtı dəqiqləşdi
A Komanda 26 iyul 2025, 14:24 -
Alfa Konte ilə müqaviləyə xitam verildi
A Komanda 25 iyul 2025, 15:10 -
Polşa toplanışının 10-cu günündə axşam məşqi
A Komanda 24 iyul 2025, 22:13 -
Samir Abasov: “Toplanışlarda əsas məqsəd fiziki durumu düzəltməkdir”
A Komanda 22 iyul 2025, 23:06