
Samir Abasov: “Toplanışlarda əsas məqsəd fiziki durumu düzəltməkdir”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov “Termalika Nyeçetşa” klubu ilə yoxlama oyunundan sonra “Neftçi TV”yə açıqlama verib:
“Belə oyunlarda hesab o qədər önəmli deyil. Dəyişikliklər edirik, hər iki hissədə fərqli cür oynayırıq. Ağır fiziki tonusda oyunlara çıxmaqlarına baxmayaraq, düşünürəm ki, hər iki hissədə çox yaxşı hərəkət var idi. Yoldaşlıq oyunu olsa da, futbolçularımız rəqibə uduzmaq istəmirdilər. Düşünürəm ki, istədiyimizi ala bildik. Həm məşqləri, həm də oyunları nəzərə alsaq, plan üzrə yaxşı gedirik. Belə davam etməliyik. Bir az gec qoşulan futbolçular var idi. Bəzən top itkiləri komanda üzvlərimizin fiziki olaraq nə qədər yorğun olduqlarının göstəricisi idi. Bunlar normaldır. Çünki toplanışlarda əsas məqsəd fiziki durumu düzəltməkdir. Oyunlara çıxanda gücün olmalıdır ki, məşqçinin tapşırıqlarını və istədiklərini yerinə yetirəsən. Bu gün Polşa Premyer Liqasında mübarizə aparan yaxşı, möhkəm komandaya qarşı oynayırdıq. Futbolçularımız sağ olsunlar, əllərindən gələni etdilər. Məşqlərimizə, oyunlarımıza davam edəcəyik”.