Ardıcıl ikinci qollu heç-heçə

22 iyul 2025, 15:45

“Neftçi” Polşa təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. “Ağ-qaralar” yerli “Termalika Nyeçetşa” klubu ilə qarşılaşıb. Keltse şəhərində yerləşən “Sportovi novini” stadionunda baş tutan və “Neftçi TV” ilə canlı yayımlanan matçda heç-heçə qeydə alınıb – 2:2. Komandamızın qollarını Freddi Varqas (10-cu dəqiqə) və Bassala Sambu (78-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Tiaqo Dombroski (37-ci dəqiqə) və Dieqo Deisadze (47-ci dəqiqə) fərqləniblər.

Start heyət: 93.Rza Cəfərov (K), 4.Elvin Camalov, 6.Sessi D’Almeyda, 7.Emil Səfərov, 10.Freddi Varqas, 15.Elvin Bədəlov, 17.Murad Xaçayev, 19.Ağadadaş Salyanski, 22.Luis Ortis, 23.Cordan Rezabala, 24.Mustafa Sek.

Meydana sonradan daxil olanlar: 9.Bassala Sambu, 14.Edvin Kuç, 25.Aleks Fernandes, 47.Murad Məmmədov, 70.Andrey Ştoqrin, 71.Ohori Ryonosuke, 90.Ramil Şeydayev.

Qeyd edək ki, ilk sınaq matçında “Hapoel Təl-Əviv”lə heç-heçə edən (1:1) “Neftçi” iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubu ilə qarşılaşacaq.