Polşa toplanışının 10-cu günündə axşam məşqi

24 iyul 2025, 22:13

“Neftçi” Polşa təlim-məşq toplanışını davam etdirir. Keltse şəhərindəki “Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar” toplanışın 10-cu günündə axşam məşqinə çıxıblar. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Hapoel Təl-Əviv” (1:1 və “Termalitsa Nyeçetşa” (2:2) ilə heç-heçə edən “Neftçi” iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubu ilə qarşılaşacaq.