
Aqil Məmmədov həkim müayinəsindən keçib
7 mart 2020, 22:30
"Neftçi” – "Sabah” matçının (4:0) ikinci hissəsində səhhəti pisləşərək əvəzlənən qapıçı Aqil Məmmədovun vəziyyətinə aydınlıq gəlib. Stress nəticəsində yaranmış təngənəfəslik ilkin yardım göstərildikdən sonra da tam keçmədiyinə görə əvəzlənmiş qapıçı oyundan sonra tam müayinədən keçmək üçün klinikaya aparılıb. Fiziki və klinik müayinələrdən sonra stress fonunda əmələ gələn hipoksiya diaqnozu qoyulub.
Həkimlərin rəyinə görə, hazırda qapıçımızın vəziyyəti stabildir və o, bir-iki günlük istirahətdən sonra məşqlərə qoşulacaq.
Tövsiyə olunur
-
Yunanlarla oyunumuzun vaxtı dəqiqləşdi
A Komanda 26 iyul 2025, 14:24 -
Alfa Konte ilə müqaviləyə xitam verildi
A Komanda 25 iyul 2025, 15:10 -
Polşa toplanışının 10-cu günündə axşam məşqi
A Komanda 24 iyul 2025, 22:13 -
Samir Abasov: “Toplanışlarda əsas məqsəd fiziki durumu düzəltməkdir”
A Komanda 22 iyul 2025, 23:06