Apellyasiya şikayəti ünvanladıq

3 sentyabr 2025, 19:12

AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərara görə, Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış futbolçumuz İqor Ribeyro 3 oyun cəzalandırılıb, klubumuz isə 3000 manat cərimə edilib.

“Neftçi” PFK olaraq bu qərarı ağır hesab edirik. Bu səbəbdən İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına klubumuz tərəfindən apellyasiya şikayəti ünvanlanıb.