
Futbolçularımız milli komandalarda!
Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-i Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya və sentyabrın 9-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna yığması ilə oyunlar üçün heyəti açıqlanıb. Milliyə 3 futbolçumuz – Emin Mahmudov, Rza Cəfərov və Elvin Bədəlov dəvət olunub.
Bundan əlavə, Edvin Kuç Monteneqro, Alessio Kurçi Lüksemburq, Sessi D’Almeyda Benin, Murad Məmmədov və Ağadadaş Salyanski isə Azərbaycan U-21 milli komandasına dəvət alıblar.