“Turan Tovuz”a məğlub olduq

29 avqust 2025, 22:50

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” 3-cü turda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu “Palms Sports Arena”da keçirilən matçın 6-cı dəqiqəsində Roberto Olabe vurub.

57-ci dəqiqədə futbolçumuz İqor Ribeyro qırmızı vərəqə ilə cəzalandırıldığı üçün komandamız görüşü azlıqda davam etdirib.

Qeyd edək ki, “Neftçi” 3 oyundan sonra 2 xal toplayıb.