
Toplanışın 6-cı günü
“Neftçi” təlim-məşq toplanışını gündə iki məşq olmaqla davam etdirir. Komandamızın üzvləri proqrama uyğun olaraq bu gün də iki məşqə çıxıblar. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən səhər məşqində əsasən fiziki, “Bakcell Arena”da baş tutan axşam məşqində isə toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, komandamız toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. “Neftçi” yanvarın 10-u saat 15:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Kəpəz”, ayın 14-ü saat 17:00-da isə “Bakcell Arena”da “Keşlə” ilə qarşılaşacaq. “Kəpəz”lə görüş “Neftçi TV”, “Keşlə” ilə matç isə “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00