
Samir Abasov: “Şanslar yenə 50-nin 50-yədir”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunda 1/4 final mərhələsinin “Zirə” klubu ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Məğlubiyyətə baxmayaraq, mütəxəssis şansların bərabər olduğunu bildirib:
“Uduzandan sonra nəysə demək çətindir. Çox yaxşı oyun keçdi. Bizim çoxlu sayda azarkeşimiz, böyük fan-qruplarımız var, onlardan xahiş edirəm, Səlahət Ağayevin üstünə çox düşməsinlər. Onun yox, onu qapıya qoyanın səhvi var. Baxmayaraq ki, Səlahətin təcrübəsi var, onun da səhv etməsi normaldır. Azarkeşlərdən xahiş edirəm ki, doğma komandamıza görə yazılarımıza diqqət edək. Səhvlərimizi düzəldəcəyik”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Bundan sonra komandamıza çətin olacaq. Çünki bizimlə oyuna başqa cür hazırlaşmağa başlayıblar. “Zirə” müdafiəyəmeyilli oynayırdı. Bəzi məqamlarda vəziyyəti dəyişə bilmədik. Buna səbəb həmin mövqedə çıxış edən futbolçuların olmamasıdır. Monroz tam sağalmayıb, Lavalla bağlı problem var, hücumçu da tapa bilmirik. Buqrinə bu gün rahat nəfəs almayacağını demişdik. Bununla belə, ikinci hissədə oyunu dəyişdik. Amma haqlısız, nə edə bilərik ki, ikinci Buqrinimiz yoxdur?! Şanslar yenə 50-nin 50-yədir. Özümüzə çox inanırıq. Rəqib futbolçu Riçard Almeyda ayağını tutanda mən futbolçulara qışqırdım ki, topu kənara çıxardın, amma portuqaldilli Tallison məni anlamadığı üçün gərginlik yarandı. Çox qol epizodları yaratmadıq, amma yaxşı oynadıq. Məncə, heç-heçə ədalətli nəticə olardı. Emin Mahmudovun dodağı partladı, yaxşı nəfəs ala bilmirdi, sonra tikiş atıldı. Belədə planlarımız pozuldu, amma yaxşı ki, temp düşmədi. Monrozu isə risk edib meydana buraxmadıq”.
Tövsiyə olunur
-
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40 -
Mövsümə qollu heç-heçə ilə başladıq
A Komanda 16 avqust 2025, 23:02 -
İlk turun hazırlığını başa vurduq
A Komanda 15 avqust 2025, 21:12 -
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45