Voislav Stankoviç: “İnanıram ki, belə olsa növbəti mərhələyə adlayacağıq”
“Neftçi”nin müdafiəçisi Voislav Stankoviç “Zirə” ilə oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Serbiyalı futbolçu komandamızın səhvləri düzgün təhlil edib təkrarlamayacağı halda növbəti mərhələyə adlayacağına inandığını bildirib:
“İlk 20-25 dəqiqədə öz oyunumuzu heç cürə tapa bilmirdik. Duellərdə və təhlükəli vəziyyətlərdə uduzurduq. Digər tərəfdən, “Zirə” güclü komandadır, yaxşı müdafiə və yarımmüdafiə xətti var. Bununla belə, ikinci hissədə daha inamlı oynayıb bir neçə dəfə qol epizodu yarada bildik. Qol vurmağa layiq idik, sadəcə, alınmadı. Zirədəki cavab matçında yaxşı oyun göstərməliyik. Yarımfinala vəsiqə qazanmaq şansımız var. Bunun üçün bugünkü səhvlərimizi düzgün təhlil edib cavab oyununda bunları təkrarlamamaq lazımdır. İnanıram ki, belə olsa növbəti mərhələyə adlayacağıq”.
Tövsiyə olunur
-
“Çalışırıq, futbolçuları məşqlərə, matçlara hazırlayaq və bacardığımız qədər yaxşı oynayaq”
A Komanda 4 may 2025, 23:21 -
“Kəpəz”lə qollu heç-heçə
A Komanda 4 may 2025, 22:52 -
“Kəpəz”lə oyunöncəsi son məşq
A Komanda 3 may 2025, 20:39 -
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54