Vəfadar Quliyev: “Layiqli qələbə qazandıq”
“Neftçi” PFK-nın məşqçisi Vəfadar Quliyev Premyer Liqanın 25-ci turunun “Keşlə” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb:
“Çətin oyun olacağını bilirdik. Həm meydança amili, həm də Ramazan ayında oruc tutan futbolçularımız olduğu üçün çətinlik var idi. Çalışdıq və layiqli qələbə qazandıq. Əsas 3 xal idi ki, onu da qazandıq. Növbəti oyuna hazırlaşacağıq”.
Sonra məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Yusuf Lavaldan istədiyimizi alırıq. Monrozun oynamaması bu baxımdan ola bilər. Amma bu o demək deyil ki, Monroz oynamayacaq. Ona da çox güvənirik”.
Tövsiyə olunur
-
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40 -
Mövsümə qollu heç-heçə ilə başladıq
A Komanda 16 avqust 2025, 23:02 -
İlk turun hazırlığını başa vurduq
A Komanda 15 avqust 2025, 21:12 -
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45