
“Neftçi” mübarizəni Konfrans Liqasında davam etdirəcək
“Neftçi” Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Komandamız “Bolt Arena”da HİK klubuna 0:3 hesabı ilə məğlub olub. Qolları Riku Riski (46-cı dəqiqə) və Rupe Riski (60-cı və 89-cu dəqiqələr) vurublar.
Bununla da Avropa Liqasında mübarizəni dayandıran “ağ-qaralar” yoluna Konfrans Liqasında davam edəcək. “Neftçi” pley-off mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.
HİK: 12.Yakob Tannander, 3.Yanne Saksela (22.Kevin Kuassivi-Benissan, 76), 5.Daniel O’Şonessi (K), 6.Yair Silva, 10.Lukas Linqman (47.Matti Peltola, 89), 11.Rupe Riski, 13.Luis Karlos Murilyo, 15.Miro Tenho, 16.Valtteri Moren, 24.David Braun (9.Riku Riski, 46), 27.Filip Valençiç (20.Tim Sparv, 82).
Ehtiyat oyunçular: 31.Huqo Keto, 79.Matias Nimela, 14.Sebastian Dalström, 29.Entoni Olusanya.
Baş məşqçi: Toni Koskela
“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj (20.Mert Çelik, 72), 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Sezar Meza Kolli (97.Xəyal Nəcəfov, 72), 11.Harramiz Suares, 14.Romen Bask, 22.Mirabdulla Abbasov (19.Fəhmin Muradbəyli, 63), 24.Yusuf Laval, 29.Sabir Buqrin, 36.Mamadu Kane.
Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 21.İsmayıl Zülfüqarlı, 26.Ömər Buludov, 37.Vüsal Əsgərov, 70.Asim Əlizadə, 72.Emin Zamanov.
Baş məşqçi: Samir Abasov
Tövsiyə olunur
-
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40 -
Mövsümə qollu heç-heçə ilə başladıq
A Komanda 16 avqust 2025, 23:02 -
İlk turun hazırlığını başa vurduq
A Komanda 15 avqust 2025, 21:12 -
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45