
“Makkabi” ilə ilk matçımız fransızlara tapşırıldı
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 19-u saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa) matçının təyinatları açıqlanıb. Oyun Fransadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Villi Delajo olacaq. Ona Mehdi Rahmuni və Ervan Kristofe Fincin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.
UEFA nümayəndəsi Mişel Şafrot (İsveçrə), hakim-inspektor isə Aleksandr Qvardis (Rusiya) olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 26-sı “Sammi Ofer” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00 start götürəcək.
Tövsiyə olunur
-
“Kəpəz”lə oyunöncəsi son məşq
A Komanda 3 may 2025, 20:39 -
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20