
Samir Abasov: “Təəssüf ki, qələbə hesabını qoruya bilmədik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov UEFA Konfarns Liqasının pley-off mərhələsinin “Makkabi” (Hayfa) klubu ilə ilk matçdan sonra mətbuat konfransında fikirlərini açıqlayıb:
“Hələ də oyunun təzyiqindən çıxmamışıq. Maraqlı alındı. Bu qədər qol vuruldusa, düşünürəm ki, azarkeşlərə də zövq verdi. Məqsədimiz özümüzə inanmaq idi. Bu çox önəmli idi. Yəni rəqibin hansı səviyyədə olduğunu bilirdik, bununla belə döyüşək, vuruşaq. Onlara qarşı vuruşmaq istəyi ilə meydana çıxmışdıq. Oyuna görə müəyyən plan qurmuşduq. Birinci hissə sönük keçdi, rəqib bizdən daha fəal idi. Bunu gözləyirdik. İkinci hissədə 3 qol vurduq. Fikrimcə, bunu ilk hissədə də edə bilərdik. Sadəcə, son ötürmələr bizə mane oldu və istədiyimizi əldə edə bilmədik. İkinci hissədə oyunumuz daha yaxşı alındı. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Bununla belə, əhval-ruhiyyə yaxşıdır. Futbolçulara əzmkar mübarizəyə görə təşəkkür etdim. Cavab oyunu var. Səfərə itkilərlə yollanacağımızı bilsək də, pozitivliyimizi qoruyuruq. İndi əsas məqsədimiz yaxşı hazırlaşıb, “Zirə” ilə çempionat matçına çıxmağımızdır”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “İkinci hissədə etdiklərimizi fasiləyədək də həyata keçirə bilərdik, amma futbolçular bir-birini yaxşı başa düşmürdülər. İkinci yarıda çox yaxşı oynadıq, komandaya inam gəldi. İkinci qolumuz məni çox sevindirir. Bunun üzərində aylardır işləyirdik. Futbolçulara çox inanırıq. Müdafiə xəttindəki səhvlərə gəlincə, bunun bir çıxış yolu var ki, hücumçuları müdafiədə oynadaq. Üçüncü qol futbolçularımızın fərdi səhvindən vuruldu. İsmayıl Zülfüqarlıdan danışmaq istəmirəm, gənc futbolçudur. İstəmədən elə alındı. Təcrübəli olsaydı, bəlkə də topa baxa-baxa qaçmazdı, yerinə düşərdi və belə olmazdı. Bununla belə, mənim üçün çox yaxşı təsir bağışladı. Ümumiyyətlə, gənclərimizdən razıyıq, onlara daha çox şans verəcəyik. Mert Çelik bu cür görüşlərdə çox oynamayıb, həyəcanın olması normaldır. Bəli, cavab matçında rəqibin futbolçuları ilə bağlı daha ciddi tədbirlər görəcəyik”.
Tövsiyə olunur
-
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58