Samir Abasov: “Nəticə urəyimizcədir”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasında 2-ci turun “Zirə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb:
“Oyuna yaxşı başladıq. Nəticə urəyimizcədir. Komandamız Zirə səfərindən ikinci dəfədir qələbə ilə dönür. İsmayılı, Vüsalı təbrik edirəm, özlərini çox yaxşı tərəfdən göstərdilər, ümumi ansambldan düşmədilər. Bu sözlər Kamrana da aiddir. Rəşad Sadıqovu da təbrik edirəm, gözəl komanda qurub. Bəzi epizodlarda üstünlüyümüz var idi, bununla belə, bizim üçün şanslı, rəqib üçün şanssız olan vəziyyətdə qolu vurmasaydıq, daha da çətin olacaqdı. Sevindirici haldır ki, buradan qələbə ilə qayıdırıq. Artıq “Makkabi” ilə cavab matçına hazırlaşacağıq”.
Tövsiyə olunur
-
“Kəpəz”lə oyunöncəsi son məşq
A Komanda 3 may 2025, 20:39 -
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20