
“Neftçi” iki itki ilə hazırlaşır
“Neftçi” Premyer Liqanın 12-ci turunda qarşılaşacağı “Səbail”lə matçın hazırlığını davam etdirir. İkigünlük fasilədən sonra noyabrın 23-də hazırlığı bərpa edən komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. “Sabah”la oyunda zədələnmiş Aqil Məmmədov hazırlıqda iştirak etməyib. Digər zədəli Tiaqo Bezerra isə komandadan ayrı məşq edib. Digər bütün futbolçuların qatıldığı hazırlıq prosesi əsasən toplu çalışmalardan ibarət olub.
Qeyd edək ki, “Neftçi” – “Səbail” matçı noyabrın 27-si saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31