
“Neftçi” toplanışı qələbə ilə başa vurdu
“Neftçi” Antalya toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Komandamız Polşanın “Qurnik Lençna” klubu ilə qarşılaşıb. “Emirhan Sports Complex Side”ın stadionunda baş tutan görüş “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Qələbə qoluna 54-cü dəqiqədə Emin Mahmudov imza atıb.
“Neftçi”: 1.İvan Brkiç (12.Kamran İbrahimov, 46), 3.Mamadu Mbodj (44.Seymur Əliyev, 87), 4.Huqo Basto (20.Mert Çelik, 46), 6.Voislav Stankoviç (82.Rüfət Abbasov, 71), 8.Emin Mahmudov (K) (37.Vüsal Əsgərov, 75), 14.Eddi İsrafilov (26.Ömər Buludov, 78), 19.Azər Salahlı, 21.İsmayıl Zülfüqarlı (97.Xəyal Nəcəfov, 46), 24.Yusuf Laval (15.Ansoni Frias, 75), 77.Gilyerme Pato (73.Ramin Nəsirli, 61), 91.Ramon Maçado (9.Tiaqo Bezerra, 46).
Ehtiyat oyunçular: 93.Rza Cəfərov, 22.Mirabdulla Abbasov, 27.Fərid Yusifli.
Qeyd edək ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşmış “Neftçi” sabah Bakıya qayıdacaq. Flaqman yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), 19-da isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə üz-üzə gəlmişdi.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00