
“Neftçi” Şamaxıya sabah yollanacaq
“Neftçi” Premyer Liqanın 22-ci turunda qarşılaşacağı “Şamaxı” ilə oyunun hazırlığını davam etdirir. “Zirə” ilə görüşün ertəsi bərpa məşqi edən “ağ-qaralar” birgünlük fasilədən sonra aprelin 6-da hazırlığa başlayıb.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan növbəti məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Flaqman sabah eyni məkanda oyunöncəsi son məşqini keçəndən sonra Şamaxıya yola düşəcək.
Qeyd edək ki, “Şamaxı” – “Neftçi” matçı aprelin 9-u saat 14:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00