
“Neftçi” ilk yoxlama oyununda heç-heçə etdi
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız “Sakaryaspor” klubu ilə qarşılaşıb. “The Sign Esentepe Hotel & Ski Center”in stadionunda baş tutan görüş heç-heçə nəticələnib – 1:1. Matçın 17-ci dəqiqəsində hesabı Qodsvey Donyo açıb. Sona 8 dəqiqə qalmış isə Serkan Odabaşoğlu bərabərlik qolunu vurub.
“Neftçi”: 1.İvan Brkiç, 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 5.Kenni Sayef, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 11.Qodsvey Donyo, 14.Eddi İsrafilov, 19.Azər Salahlı, 23.Ataa Caber, 24.Yusuf Laval.
Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 93.Rza Cəfərov, 7.Azər Əliyev, 10.Sezar Meza Kolli, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21.İsmayıl Zülfüqarlı, 26.Ömər Buludov, 27.Fərid Yusifli, 73.Ramin Nəsirli, 75.Nihad Qurbanlı, 82.Rüfət Abbasov.
Qeyd edək ki, “Neftçi” iyulun 15-dək təşkil olunacaq toplanış ərzində daha 2 sınaq matçı keçirməyi planlaşdırır.
Tövsiyə olunur
-
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40 -
Mövsümə qollu heç-heçə ilə başladıq
A Komanda 16 avqust 2025, 23:02 -
İlk turun hazırlığını başa vurduq
A Komanda 15 avqust 2025, 21:12 -
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45