
“Neftçi” Zəfər Gününə həsr olunmuş turnirə başladı
“Neftçi” Zəfər Gününə həsr olunmuş turnirə start verib. “Ağ-qaralar” “Vətən” RİOEUG Futbol Məktəbinin təşkilatçılığı ilə bu məktəbin bazasında 2012-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışdakı ilk matçında “Şirvansaray”la heç-heçə edib – 3:3. Komandamızın qollarından ikisini Şamil Allahverdiyev, birini isə Əli Məmmədli vurub.
Qeyd edək ki, B qrupunda mübarizə aparan “Neftçi” oktyabrın 16-da “Səbail”, 23-də “Sabah”la qarşılaşacaq. A qrupunda isə “Vətən”, “Qarabağ”, “Xan” və “Sportinq” komandaları çıxış edir. Yarımfinal oyunları oktyabrın 30-da, 3-cü yer uğrunda və final matçı isə noyabrın 3-də keçiriləcək.
Tövsiyə olunur
-
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 9 aprel 2025, 20:33 -
4 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında!
Akademiya 6 mart 2025, 14:09 -
U-17 komandamız Türkiyədə sonuncu yoldaşlıq görüşünü keçirib
Akademiya 14 fevral 2025, 21:06 -
U-17 komandamız Türkiyədə “Beşiktaş”la qarşlaşıb
Akademiya 12 fevral 2025, 21:56