
U-17 komandamız Türkiyədə “Beşiktaş”la qarşlaşıb
“Neftçi” PFK-nın U-17 komandası Türkiyədə növbəti yoldaşlıq görüşünü keçirib. Baş məşqçi Asif Ramazanovun yetirmələri bu gün “Beşiktaş”ın müvafiq yaş qrupu komandası ilə qarşılaşıblar. “Fulya Hakkı Yeten” təlim-məşq bazasında baş tutan matçda komandamız minimal hesabla uduzub – 0:1.
Oyundan əvvəl hər iki klub akademiyasının rəsmiləri arasında görüş keçirilib. Maraqlı keçən tədbirdə tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Qeyd edək ki, fevralın 8-də qardaş ölkəyə yollanaraq İstanbul şəhərindəki “Clarion Hotel Golden Horn”da məskunlaşan “Neftçi” sonuncu yoldaşlıq oyununu ayın 14-də “Fənərbağça Dərəağzı” təlim-məşq bazasında “Fənərbağça”ya qarşı keçirəcək. 17 yaşlılarımız fevralın 16-da Bakıya qayıdacaqlar.
Tövsiyə olunur
-
3 futbolçumuz U-16 milli komandasında
Akademiya 14 iyun 2025, 18:00 -
Akademiyamızda seleksiya məşqləri üçün qeydiyyat bitdi, saatlar dəqiqləşdi
Akademiya 8 iyun 2025, 10:00 -
“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə start verir
Akademiya 2 iyun 2025, 13:15 -
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 9 aprel 2025, 20:33