4 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında!

6 mart 2025, 14:09

Martın 12-dən 18-dək Bakıda 17 yaşadək qadınlardan ibarət milli komandalar arasında Avropa çempionatının II seçmə mərhələsi çərçivəsində B Liqasının B qrupunun oyunları keçiriləcək. Bununla əlaqədar martın 5-də Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlığa başlayan millinin düşərgəsində “Neftçi” PFK-nın 4 üzvü – Xanım Əsədova, Ayşən Salamzadə, Səma Əsədova və Sara Səlimova yer alır.

Qeyd edək ki, millimiz martın 12-də Lüksemburq, 15-də Bolqarıstan, 18-də isə Malta yığması ilə qarşılaşacaq. Bu oyunlar “ASCO Arena”da baş tutacaq.