“Neftçi” möhtəşəm geridönüşlə vahid lider oldu!

11 mart 2025, 19:50

“Neftçi-2” Əvəzedicilər Liqasında möhtəşəm geridönüş edib. “Ağ-qaralar” 26-cı turda turnir cədvəlindəki əsas rəqibi “Turan Tovuz-2”yə 3:2 hesabı ilə qalib gəlib. İlk hissədə qonaqlardan Vüqar Bağırov (34-cü dəqiqə) və Tural Bayramlının (39-cu dəqiqə) vurduğu qollara fasilədən sonra Məhəmməd Məmmədli (49-cu dəqiqə), Elcan Əbilov (84-cü dəqiqə) və Kamal Kazımov (89-cu dəqiqə) cavab veriblər.

Qeyd edək ki, bununla da xallarının sayını 55-ə çatdıran “Neftçi-2” “Turan Tovuz-2”ni 3 xal geridə qoyaraq vahid lider olub.