“Neftçi-2” Sumqayıtda heç-heçə etdi

30 avqust 2025, 18:46

“Neftçi-2” bu mövsüm Əvəzedicilər Liqasında ilk dəfə xal itirib. “Ağ-qaralar” 3-cü turda “Sumqayıt-2” ilə heç-heçə edib – 1:1. “SOCAR Polymer Arena”da baş tutan matçın 33-cü dəqiqəsində futbolçumuz Rəvan Səfərli hesabı açsa da, 68-ci dəqiqədə Əjdər Hacılı bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi-2” 3 oyundan sonra 7 xal toplayıb.