“Neftçi-2” məğlub olsa da, liderliyini davam etdirir

14 aprel 2025, 19:25

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 30-cu turda “Zirə-2”yə 0:3 hesabı ilə məğlub olub. “Neftçi” Futbol Mərkəzində baş tutan matçda qolları Vüsal Əliyev (69-cu dəqiqə), Rüfət Tahirov (75-ci dəqiqə) və Şahmar Aşurov (78-ci dəqiqə) vurublar.

Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, “Neftçi-2” 59 xalla turnir cədvəlinin zirvəsindəki yerini qoruyur.