Samir Abasov: “Kubok matçını düşündüyümüz üçün çoxlu rotasiyalara əl atmışdıq”

19 aprel 2025, 22:55

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Qarabağ” klubu ilə 31-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Qol vurmağımız üçün imkanlarımız oldu, amma təəssüf ki, qapının içindən də hədəfə düşə bilmədik. Düzdür, bu o demək deyil ki, biz o epizodları qola çevirsəydik, uduzmayacaqdıq. Çünki rəqibin qol epizodları daha çox idi. Kubok matçını düşündüyümüz üçün çoxlu rotasiyalara əl atmışdıq. Üstəlik, zədə problemlərimiz davam edir. Bununla belə, oyuna yaxşı başlamışdıq, nizam-intizamı qoruyub saxlayırdıq. Hücumlar etməyə çalışırdıq, amma təəssüf ki, fərdi səhvlərdən ard-arda qollar buraxdıq”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: