
Samir Abasov: “Futbolçulara demişdim ki, yalnız formanızdakı loqoya baxın və oynayın”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Turan Tovuz” klubu ilə 34-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Əlbəttə, artıq bu mövsüm hədəfi qalmayan komandanı motivasiya verib meydana çıxarmaq çox çətindir. Üstəlik, zədə səbəbindən bir neçə futbolçumuzdan məhrum idik. Lakin bu cür çətinliklərlə çox qarşılaşmışıq. Futbolçulara demişdim ki, rəqibin vəziyyətindən asılı olmayaraq, səfər matçında tribunalardakı atmosferə, təzyiqə fikir verməyin, yalnız formanızdakı loqoya baxın və oynayın. Çünki tutduğumuz yerdən asılı olmayaraq, “Neftçi”nin futbolçuları hər şeydən üstündür. Azarkeşlərimizə gələn mövsüm üçün söz deməyə ehtiyac yoxdur, onlar çox vədlər eşidiblər. Buna görə də, inşallah, çalışıb, onlara özümüzü bu cür qələbələrlə, oyunumuzla göstərməliyik”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40 -
Mövsümə qollu heç-heçə ilə başladıq
A Komanda 16 avqust 2025, 23:02 -
İlk turun hazırlığını başa vurduq
A Komanda 15 avqust 2025, 21:12 -
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45