“Səbail”lə oyuna hazırlıq başa çatdı

17 may 2025, 18:40

Misli Premyer Liqasının 35-ci turunda qarşılaşacağımız “Səbail” klubu ilə oyuna hazırlıq başa çatıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

Futbolçularımız – Emil Səfərov, Rafael Quzzo, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

Qeyd edək ki, mayın 18-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 17:00-da başlanacaq.