
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Sabah” klubu ilə 36-cı tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq. Bizi çox çətin period gözləyir. Düşünürəm ki, bu vaxta kimi yaxşı işlər görmüşük, təki bunun bəhrəsi yaxşı nəticələr olsun. Transfer etməyi nəzərdə tutduğumuz futbolçuların mövqelərini açıqlamayacağam, bunu siz özünüz görəcəksiniz. Bu haqda klubumuz tərəfindən 2-3 gündən sonra da ictimaiyyətə məlumat verilə bilər, 10-15 gündən sonra da. Biz sizin, azarkeşlərin qarşısında rahat danışmaq üçün əvvəlcə oyunumuzu, nəticələrimizi düzəltməliyik. Yalnız bundan sonra digər proseslərə köklənə bilərik”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40 -
Mövsümə qollu heç-heçə ilə başladıq
A Komanda 16 avqust 2025, 23:02 -
İlk turun hazırlığını başa vurduq
A Komanda 15 avqust 2025, 21:12 -
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45