
Polşada keçirəcəyimiz ilk yoxlama oyunu “Neftçi TV”də
“Neftçi” iyulun 17-də Polşa təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq. “Ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşacaq. Matçın başlanma saatı və keçiriləcəyi yer də artıq müəyyənləşib. Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.
Rəqib komandanın istəyinə əsasən görüş qapalı keçiriləcək. Matç “Neftçi TV” ilə canlı yayımlanacaq.
Qeyd edək ki, “Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
Samir Abasov: “Komandanı formalaşdırandan sonra çempionata yaxşı hazır olacağımıza inanıram”
A Komanda 17 iyul 2025, 23:00 -
Toplanışa heç-heçə ilə başladıq
A Komanda 17 iyul 2025, 22:33 -
2025-2026 mövsümü alternativ formamız
A Komanda 17 iyul 2025, 14:00 -
Birlik, qürur və yaddaş – 2025/26 Zəfər forması!
A Komanda 17 iyul 2025, 12:28