
Cavab oyunlarının təyinatları açıqlanıb
Azərbaycan Kubokunun 1/2 final mərhələsində cavab oyunlarının təyinatları açıqlanıb. “Neftçi” – “Zirə” matçının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi isə Aslan Şahgəldiyev olacaq.
Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu aprelin 29-u saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
“İlk hissədə çox sönük oynadıq, ikinci hissədə isə əlimizə düşən imkanlardan yararlana bilmədik”
A Komanda 22 avqust 2025, 20:18 -
Şamaxıda qolsuz heç-heçə
A Komanda 22 avqust 2025, 19:05 -
Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq
A Komanda 21 avqust 2025, 20:18 -
İki futbolçu əvəzedici komandaya göndərildi
A Komanda 21 avqust 2025, 15:19