
“Neftçi-2” zirvədə möhkəmləndi
“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 28-ci turda “Araz-Naxçıvan-2”yə qalib gəlib – 3:0. “Neftçi” Futbol Mərkəzində baş tutan matçda qolları Elcan Əbilov (48-ci dəqiqə), Bahadur Quliyev (72-ci dəqiqə) və Fərid Səfərli (90+2-ci dəqiqə) vurublar.
Qeyd edək ki, 28 oyundan 58 xal toplayan “Neftçi-2” ən yaxın izləyicisini 4 xal geridə qoyaraq turnir cədvəlindənin zirvəsində qərarlaşıb.