“Neftçi-2” Sumqayıtda heç-heçə etdi

29 aprel 2025, 19:42

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 32-ci turda “Sumqayıt-2” ilə heç-heçə edib – 1:1. “Kapital Bank Arena”nın ehtiyat meydançasında baş tutan matçın 84-cü dəqiqəsində futbolçumuz Hüseyn Babayev hesabı açsa da, bundan 3 dəqiqə sonra meydan sahibləri bərabərlik qolunu vurublar. Əjdər Hacılı fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 32 oyundan sonra 63 xalla turnir cədvəlində 1-ci yeri tutur.